Qubada rabitə dirəklərinin yenilənməsi həyata keçirilir. Bu barədə ShimalNews 12 sentyabr tarixində məlumat verir.
Hazırda “Aztelekom” MMC tərəfindən işlər Əhməd Çələbizadə, Nəsib bəy Yusifbəyli, Əhməd Cavad küçələrində aparılır.
İstismar müddətini başa vurmuş taxta dirəklər dəmir dirəklərlə əvəzlənir. Prosesin ilin sonuna kimi bitəcəyi gözlənilir.