Quba rayonunda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 12 sentyabr tarixində məlumat verir.

Qrızdəhnə kəndində “VAZ Niva” markalı avtomobil 60 metr hündürlükdən dərəyə yuvarlanıb. Əraziyə FHN-in xilasetmə qüvvələri cəlb olunub. Nəticədə qəza yerinə yaxın ərazidə 2 nəfərin meyiti aşkar edilib.

Məlum olub ki, sürücü, Küsnət Qazma kənd sakini, 34 yaşlı Valid Beydullayev və sərnişin, Qəçrəş kənd sakini, 52 yaşlı İlham Əhmədov yerində dünyalarını dəyişiblər. Hər 2 şəxsin meyiti dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobilə baxış zamanı orada əlavə heç kimin olmadığı müəyyən olunub.

Şahidlər bildirib ki, avtomobildə 3-cü şəxsi görüblər. Xilasedicilər axtarışları davam etdirib. Nəticədə Elxan adlı Qrızdəhnə kənd sakininin meyiti aşkar edilib.

Sıldırımdan yerə düşən avtomobili hadisə yerindən çıxarmaq hələlik mümkün olmayıb.

 

View this post on Instagram

 

A post shared by SHIMAL NEWS (@shimal.news)