Sosial Xidmətlər Agentliyi Quba və Qusar sakinləri üçün qəbul keçirəcək. Bu barədə ShimalNews 12 sentyabr tarixində agentliyə istinadən xəbər verir.

Sentyabrın 16-da Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov Quba şəhərində vətəndaşları qəbul edəcək.

Qəbul zamanı imtiyazlı şəxslərin mənzil (fərdi ev) təminatı, avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat, şəhid ailə üzvünün vəsiqə ilə təmin edilməsi və s. mövzularda müraciətlər cavablandırılacaq.

Tədbirdə iştirak etmək istəyən şəxslər sentyabrın 14-dək qeydiyyatdan keçməlidirlər. Bunun üçün (012) 525-41-30 (daxili 5614, 5043) telefon nömrəsinə zəng, [email protected] elektron poçt ünvanına məktub göndərərək, yerli filiala yaxınlaşaraq, o cümlədən Agentliyin sosial şəbəkə hesabları vasitəsilə qəbula yazıla bilərlər.

Qəbul əvvəlcədən tərtib edilmiş siyahı əsasında aparılacaq.