Qubada “KOB-lara P2P üzrə investisiya mənbələrindən istifadənin öyrədilməsi” layihəsinin həyata keçirilməsinə başlanılıb. Bu barədə ShimalNews 12 sentyabr tarixində Report-a istinadən məlumat verir.

Layihə çərçivəsində sahibkarlara maliyyə mənbələri haqqında, dövlət və özəl investisiya şirkətləri barədə məlumat veriləcək. Proqram çərçivəsində “Şərikli biznes” kitabı da nəşr olunacaq. Burada şərikliyin dağılması səbəbləri, uğurlu ortaqlığın qurulması yolları barəsində ətraflı məlumat veriləcək.

Layihə 3 ay davam edəcək. Təlimlərdə Qubadan və digər şəhərlərdən 100 nəfər mikro və kiçik sahibkarın qatılması nəzərdə tutulub.