Qubada könüllülər üçün “İlk tibbi yardım” adlı təlim keçirilib. Bu barədə ShimalNews 12 sentyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

Təlim Quba regional “ASAN xidmət” mərkəzinin könüllüləri üçün təşkil edilib. Görüş 12 sentyabr – Ümumdünya İlk Tibbi Yardım Günü ilə əlaqədar keçirilib. Təlimçi qismində Quba Diaqnostika xəstəxanasının Tibb bacısı Aygün Məmmədova çıxış edib.

Könüllülərə ilk tibbi yardımın əsasları, boğulmalar, tıxanma, qanaxmalar, yanıqlar və zəhərlənmələr haqqında məlumat verilib. Gənclərə əyani şəkildə ürəyin qapalı masaj texnikası göstərilib.