Bu gün “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev Quba rayonunda qazlaşdırma ilə bağlı bir neçə görüş keçirib. Bu barədə ShimalNews 12 sentyabr tarixində Quba Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.

Ruslan Əliyev icra başçısı Ziyəddin Əliyev və millət vəkili Vahid Əhmədovla birlikdə Barlı qəsəbəsində və Hacıqaib kəndində olublar. İctimaiyyət nümayəndələri ilə görüş baş tutub. Burada yeni salınmış yaşayış massivlərində qazlaşdırma işlərinin gedişatı ilə tanışlıq keçirilib. Prosesin sentyabr ayının sonuna kimi bitəcəyi bildirilib. Daha sonra idarənin işlərində fərqlənən əməkdaşları təltif ediliblər.

Həmçinin rayonun ucqar Cimi kəndində “Açıq mikrofon” aksiyası keçirilib. Yaxın günlərdə burada qazlaşdırma işlərinin başlanacağı və ilin sonunadək başa çatdırılmasının nəzərdə tutulduğu bildirilib.