Qubada avtomobil akkumulyatoru və maqnitofon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda ShimalNews 12 sentyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.

Quba Rayon Polis Şöbəsinə 1-ci Nügədi kəndi ərazisində “VAZ-2107” markalı avtomobilin qarət olunması barədə müraciət daxil olub.

Keçirilən əməliyyat nəticəsində Əhəd Orucov şübhəli şəxs qismində saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun avtomobillərin təmiri sexində “VAZ-2106” markalı bir avtomobildən akkumulyator və maqnitofon oğurlaması müəyyən olunub. Bundan əlavə, o, Y.Sədrəddinova məxsus “Mercedes” markalı avtomobili qaçırıb, “Lada Priora” markalı digər maşını isə qaçıraraq akkumulyatorunu oğurlayıb.

Qaçırılan “Mercedes” Xızı rayonu ərazisində tapılıb. Araşdırma aparılır.