Qubanın Zərdabi qəsəbəsində çirkab suların yaratdığı natəmizlik aradan qaldırılıb. Bu barədə ShimalNews 12 sentyabr tarixində məlumat verir.

Mikayıl Müşfiq küçəsində kanalizasiya daşaraq küçə boyunca axırdı. Bu hal 3 gün davam edib.

Əldə olunan məlumata görə, sakinlər şəxsi vəsaitləri hesabına təmizlik işləri həyata keçiriblər. Artıq fəsadlar aradan qaldırılıb.

Daha öncə Dəvədabanı yaşayış massivində kanalizasiya xəttinin daşla doldurulması haqqında məlumat vermişdik.