Xaçmazda sabah “Göz nurum” adlı sərgi keçiriləcək. Bu barədə ShimalNews 10 sentyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

Sərgi “Zeytun” restoranının həyətində təşkil ediləcək. Tədbir xeyriyyə məqsədi daşıyır. Əldə olunan vəsaitlər hesabına “Mərhəmət” uşaq sığınacağında olan uşaqlara ərzaq, geyim və digər əşyalar alınacaq.

Sərgi saat 17:00-da başlayacaq.