Xaçmazda “Neftçilər günü” ilə əlaqədar iməcilik işlərinə start verilib. Bu haqda ShimalNews 10 sentyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

İşlər SOCAR “Azəriqaz” İB-nin Xaçmaz Regional qaz istismarı İdarəsinin tabeliyində olan xidmət sahələrində aparılıb. Ərazidə abadlıq işləri görülüb, sahələr alaq otlarından təmizlənib və yaşıllıqlara aqrotexniki xidmətlər göstərilib.