Xaçmazda qəbiristanlıqda yenidənqurma işləri görülür. Bu barədə ShimalNews 10 sentyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

Proses Bostançı kənd qəbiristanlığında aparılır. Məzarlığın giriş hissəsində yerləşən talvar uzun vaxt qəzalı vəziyyətdə idi, bu səbəbdən Bostançı bələdiyyəsi tərəfindən yenidənqurma işləri həyata keçirilir.

İşlərin cari ayın sonuna kimi başa çatacağı gözlənilir.