Qusarda illər öncə törədilmiş qətlin üstü açılıb. Bu barədə ShimalNews-a 10 sentyabr tarixində məlumat daxil olub.

Hadisə Tofiq İsmayılov küçəsində yerləşən evin həyətində baş verib. Burada 2014-cü ildə 45-46 yaşlı Mahir Fərzəliyev öldürülərək basdırılıb.

Qatillərin biri ağır sürən xəstəlikdən dünyasını dəyişib, Sevindik Nəzirov isə son zamanlar qarabasmadan əziyyət çəkirdi. O, polisə gələrək təslim olub.

Nəzirov törətdiyi əməli etiraf edib və Fərzəliyevi basdırdıqları yeri göstərib. Əraziyə prokurorluq və polis əməkdaşları cəlb ediliblər. Evin həyətyanı sahəsinə baxış keçirilən zaman insan sümükləri aşkar edilib.

Ev sahibi baş vermiş hadisədən xəbərsiz idi.

Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.