Qubada iki minik avtomobili toqquşub. Bu haqda ShimalNews 10 sentyabr tarixində məlumat verir.

Yol-nəqliyyat hadisəsi Heydər Əliyev pospekti ilə Memar Əcəmi küçəsinin kəsişməsində baş verib. Burada “VAZ 2107” markalı avtomobil “Hyundai” markalı avtomobilə çarpılıb.

Şahidlərin sözlərinə görə, “07” işıqforu gözləməyərək hərəkət edən zaman “Hyundai”-la toqquşub. “VAZ”-da olan bir nəfər xəsarət alıb.

Sürücülərin birinin polis əməkdaşı olduğu bildirilir.