Qubada yolun hərəkət hissəsində olan çala sürücülər üçün təhlükə yaşadır. Bu haqda ShimalNews 10 sentyabr tarixində məlumat verir.

Lük Ziya Bünyadov küçəsindən Həsən Əliyev küçəsinə çıxan hissəsində yerləşir. Sakinlərin sözlərinə görə, bu yol öncə təmir edilib, lakin kanalizasiya quyusunun qapağı yol səviyyəsindən aşağıda qalıb.

“Çox vaxt sürücülər çalaya axşam saatlarında düşürlər. Səbəb isə Bünyadov küşəsində işıqlandırmanın olmamasıdır. Aidiyyəti qurumlara müraciət edilib, lakin məsələ öz həllini tapmayıb”, – deyə oxucu bildirib.

Photo Shimal.News
Photo Shimal.News