Quba-Xaçmaz yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda ShimalNews 10 sentyabr tarixində məlumat verir.

Qəza yolun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində saat 18:00 radələrində qeydə alınıb. Burada “Opel” markalı avtomobillə “QAZ” markalı yük maşını toqquşub.

Şahidlərin sözlərinə görə, Xaçmazdan gələn “Opel” ötmə əməliyyatını düzgün yerinə yetirmədiyi üçün Quba istiqamətində gələn “QAZ”a çarpılıb.

Minik avtomobilində olan iki nəfər xəsarət alıb. Onlar təcili tibbi yardımla xəstəxanaya çatdırılıblar.

Hadisə yərinə YPX əməkdaşları cəlb olunub.

Photo Shimal.News
Photo Shimal.News