Qubada tarixi romanlar yazarı Yunus Oğuzun görüşü keçirilib. Bu barədə ShimalNews 10 sentyabr tarixində Milli.az-a istinadən məlumat verir.

Tədbir Mədəniyyət Mərkəzində baş tutub. Görüşdə jurnalist Varis Yolçiyev, şair Cəlaləddin Budatoğlu, “Gülüstan” elmi-ədəbi məclisinin sədri Şıxamməd Şeyidməmmədov, şair Sərvinaz Sərvər, şəhid Mehrab Niftəliyevin atası Zöhrab Niftəliyev, şəhid Şahin Allahverdiyevin atası Hüseynbala Allahverdiyev və digər şəxslər qonaq qismində iştirak ediblər.

Tədbir zamanı Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, Vətən müharibəsi zamanı keçdiyimiz yol və mədəniyyət paytaxtının tarixindən bəhs edilən tarixi roman – “Cığır” da müzakirə olunub.

Görüşün sonunda qonaqlara roman hədiyyə edilib və xatirə şəkli çəkilib.