Qubada məktəb direktorları ilə görüş keçirilib. Bu haqda ShimalNews 10 sentyabr tarixində TehsilForumu.Az-a istinadən məlumat verir.

Tədbir Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən təşkil edilib. Görüşə rayon üzrə təhsil sektorunun əhatə etdiyi məktəblərin direktorları qatılıblar. Mərasimdə yeni tədris ilinə hazırlıq, qarşıda duran məsələlər müzakirə olunub.

Tədbirin sonunda direktorları maraqlandıran suallar cavablandırılıb.