Qubada çətənə bitkisi yetişdirən şəxs aşkar edilib. Bu haqda ShimalNews 10 sentyabr tarixində APA-ya istinadən məlumat verir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Xaçmaz rayon sakini Vüqar Mahmudov saxlanılıb. O, evinin həyətyanı sahəsində narkotik bitkilərin kultivasiyası ilə məşğul olub. Burada ümumi çəkisi 18,5 kiloqram olan 13 ədəd çətənə bitkisi aşkarlanıb. Axtarış zamanı, həmçinin 4 kiloqrama yaxın marixuana da tapılaraq müsadirə edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Mahmudov barəsində həbs qətimkan tədbiri seçilib.