Xaçmaz Rayon İcra Hakimiyyətində qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib. Bu haqda ShimalNews 9 sentyabr tarixində adıçəkilən dövlət qurumuna istinadən məlumat verir.

Görüşdə icra başçısı Elnur Rzayev tələbə adını qazanan məzunları təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Tələbə olanlar sırasında Vətən müharibəsi iştirakçısı, əvvəlki illərin məzunu Cavidan Rəhmətov da olub.

Xaçmaz rayonu üzrə bu il tələbə adını qazanan məzunlardan 80 nəfəri 500-dən, 12 nəfəri isə 600-dən yüksək bal toplayıb.

Daha sonra Elnur Rzayev bildirib ki, ilin sonunadək daha 7 yeni məktəb binanın tikintisinə başlanılacaq. Hazırda isə Qusarçay kəndində mövcud məktəb binasının əsaslı təmiri və əlavə tədris korpusunun inşası davam etdirilir.

Sonda məzunlar mükafatlandırılıblar. Qazi Cavidan Rəhmətov isə öz rəsm əsərlərindən birini icra başçısına hədiyyə edib.