Xaçmaz şəhərində iməcilik işləri aparılıb. Bu barədə ShimalNews 9 sentyabr tarixində şəhər İƏD-yə istinadən xəbər verir.

H.B.Zərdabi küçəsi və ətrafında təmizlik, abadlıq işləri həyata keçirilib. Yol kənarındakı otlar biçilib və ərazi məişət tullantılarından təmizlənib.

Daha öncə Xaçmaz şəhərinin 28 May küçəsindəki natəmizliyin sakinləri uzun illər narahat etdiyi haqda məlumat vermişdik.