Xaçmaz rayon sakini paytaxtda bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Bu barədə ShimalNews 9 sentyabr tarixində DİN-ə istinadən məlumat verir.

Qəza Bakı şəhərinin Babək prospektində baş verib. Şəhər sakini A.Zamanov idarə etdiyi “Honda” markalı avtomobil ilə piyadanı vurub. Hadisə nəticəsində rayon sakini Elmar Əlibəyov yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.