Xaçmazda “Həmkarlar İttifaqlarının vəzifələri” mövzusunda konfrans keçirilib. Bu haqda ShimalNews 9 sentyabr tarixində Real TV-yə istinadən məlumat verir.

Tədbirdə 20 ali təhsil müəssisəsindən 120 tələbə iştirak edib. Konfransın keçirilməsində məqsəd gənclərimizdə milli vətənpərvərlik hisslərinin artırılması, onların azərbaycançılıq və dövlətçilik ruhunda tərbiyə edilməsində, milli-mənəvi dəyərlərimizin dərindən mənimsənilməsidir.

“Bizim tələbə gənclərimizlə apardığımız işlərin bir sahəsidir. Biz tələbələrimizə müxtəlif tədbirlər keçiririk. Onların həm peşəkarlıq səviyyəsini qaldırmaq üçün, həm intellektual səviyyəsini qaldırmaq üçün, həm onların asudə vaxtını daha maraqlı təşkil etmək üçün bizim ənənəvi tədbirlərimizdir və bu növbəti tədbirlərdən biridir. Hesab edirəm ki, bu tədbir gənclərimizin ürəyincədir. Çünki onlar müxtəlif ali məktəblərdə oxumaqlarına baxmayaraq bu 3 gündə bir birinə daha yaxın təmasda olurlar, bir biri ilə maraqlanırlar, onları maraqlandıran problemləri birlikdə müzakirə edirlər, gələcək planlarını müəyyənləşdirirlər. Biz də Həmkarlar İttifaqı olaraq gənclərimizi narahat edən, onları düşündürən, onları daha çox maraqlandıran məsələlərlə tanış oluruq və gələcək işlərdə onlara dəstək olmağa çalışırıq”, – deyə Azərbaycan Təhsil İşçiləri Azad Həmkərlar İttifaqlarının sədr müavini Mirzə Cəfərzadə bildirib.