Quba, Siyəzən və Xızı kimi rayonların müəllimləri sertifikatlaşma imtahanlarında nisbətən yüksək nəticələr göstəriblər. Bunu açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib və digər bölgələrin təhsilverənlərinin yalnız 40-70% aralığında uğur qazandığını açıqlayıb. Bu haqda ShimalNews 9 sentyabr tarixində Sfera.az-a istinadən məlumat verir.

Ekspertin fikirincə, bu onu deməyə əsas verir ki, buraxılış imtahanlarında aşağı nəticə göstərən digər bölgələrin müəllimləri növbəti imtahan proseslərində də analoji göstəricilərə sahib olacaqlar. Eləcə də uğur qazanmayan müəllimlərin sayı 2 dəfə artaraq 30% civarına qalxa bilər.

Son nəticədə isə hər 3 və ya 4 müəllimdən biri vəzifəsini itirə bilər. Bu isə, öz növbəsində, çətin relyefli rayonlarda müəllim çatışmazlığına gətirib çıxarma ehtimalı yaradır.