Veteran cüdoçu Fərhad Rəcəbli Dünya çempionatının qızılını qazanıb. Bu barədə ShimalNews 9 sentyabr tarixində Cüdo Federasiyasına istinadən məlumat verir.

Əslən Qusardan olan, M7 kateqoriyası üzrə 90 kq çəki dərəcəsində çıxış edən cüdoçu Ukrayna, Böyük Britaniya və Almaniyadan olan rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, veteranımızın dünya çempionatlarında qazandığı 10-cu qızıl medaldır.

Usta cüdoçular arasında baş tutan çempionat Polşanın Krakov şəhərində baş tutub.

Fərhad Rəcəbli 1959-cu il oktyabrın 11-də Qusar rayonunun Əcəxur kəndində anadan olub.