Qusar Dövlət Ləzgi Dram Teatrı teatr mövsümünün açılışında “Adət” tamaşasını təqdim edib. Bu haqda ShimalNews 9 sentyabr tarixində teatra istinadən məlumat verir.

Bu gün teatr öz 31-ci mövsümünü Turqut Özakmanın əsəri ilə açıb. Tamaşada 2 ailə arasında baş verən qan davasının acı nəticələri və buna son qoya biləcək sevgidən bəhs olunur.

Səhnədə 12 aktyor rol alıb. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Xəzər Gəncəli, rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.