Qusarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb. Bu haqda ShimalNews 9 sentyabr tarixində DİN-ə istinadən məlumat verir.

Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində özünü rayonda dindar şəxs kimi təqdim edən Zamir Salmanov və Albert Balakişiyev saxlanılıblar. Onların üzərinə baxış keçirilən zaman xeyli miqdarda marixuana və metamfetamin aşkar olunaraq müsadirə edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb.