Qusarda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) idarə heyətinin sədri sakinləri qəbul edib. Bu barədə ShimalNews 9 sentyabr tarixində agentliyə istinadən məlumat verir.

Qəbul zamanı Anar Bayramov vətəndaşların əlilliyin qiymətləndirilməsi, müharibə iştirakçılarına birdəfəlik sığorta ödənişi, işlə təmin edilmə, sanator-kurort müalicəyə göndəriş, reabilitasiya xidmətləri və əlilliyin gücləndirilməsi ilə bağlı müraciətlərini dinləyib.

Məsələlərin bir qismi ilə bağlı qanunvericiliyə uyğun ətraflı məlumat verilib.