Qusarda “CV center” layihəsi çərçivəsində görüş keçirilib. Bu barədə ShimalNews 9 sentyabr tarixində Qusar Gənclərinə istinadən məlumat verir.

Layihə Zarina Apayevanın təqdimatında baş tutub. Tədbir zamanı “CV-nin strukturu nələrdən ibarətdir?”, “CV necə yazılır?”, “CV-də nələrə diqqət edilməlidir” mövzuları müzakirə edilib. Bundan əlavə, CV yazmaq üçün faydalı saytlar haqqında məlumat verilib.

Təqdimatdan sonra iştirakçılar aldıqları biliklər əsasında öz CV nümunələrini yaradıblar.