Quba rayon icra başçısı Tüləkəran İnzibati Ərazi Dairəsinin 6 kəndində aparılan yol təmiri ilə tanış olub. Bu barədə ShimalNews 9 sentyabr tarixində quruma istinadən məlumat verir.

Ziyəddin Əliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin bir qrup nümayəndələri ilə birgə ərazidə olub, lazımi tapşırıq və tövsiyələrini verib.

Gültəpə, Möhüc, Tülər, Yuxarı Tüləkəran, Aşağı Tüləkəran, Yenikənd kəndlərinin elektrik dirəkləri, naqilləri yenilənib, sürətli internet xətləri çəkilib. 5436 sakinin yaşadığı kəndlərdə yolların asfaltlanmasının gələn ilə qədər başa çatdırılması gözlənilir.