Quba rayonunda heyvan kəsimi məntəqələrində yoxlamalar keçirilib. Bu barədə ShimalNews 9 sentyabr tarixində AQTA-ya istinadən məlumat verir.

Aparılan monitorinq nəticəsində şəhərin 223-cü Atıcı diviziya küçəsində fəaliyyət göstərən ət satışı məntəqəsində nöqsanlar aşkar olunub. Nəticədə Nazim Rəhimova məxsus olan məntəqədə qanunsuz metal konstruksiyalar sökülüb. Sahibkar barəsində inzibati protokol tərtib edilib.