Xaçmaz rayonunda səhər saatlarında elektrik enerjisinin təminatında fasilə yaranıb. Bu barədə ShimalNews 8 sentyabr tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Belə ki, 10-dan artıq yaşayış məntəqəsi işıqsız qalıb. Buna səbəb yağışlı havanın olduğu göstərilib.

Hazırda “Azərişıq” ASC-nin əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində işlər aparırlar.