Xaçmaz rayonunda yağışlı hava nəticəsində optik internet dirəkləri aşıb. Bu haqda ShimalNews 8 sentyabr tarixində məlumat verir.

Yalama-Gəndob yolunda bir müddət öncə yeni dirəklər quraşdırılıb. Aramsız yağan yağışlar nəticəsində onların bir neçəsi qəzalı vəziyyətə düşüb.

Sakinlərin sözlərinə görə, bu dirəklər quraşdırılanda onların ətrafında torpaq qatı hündür olub. Lakin ətrafdakı ərazinin sahibi bağ salarkən hamarlama işləri aparıb və sütunları saxlayan torpaq bir qədər azalıb.