Xaçmaz-Xudat yolunda avtobus dayanacaqlarının təmiri davam edir. Bu haqda ShimalNews 8 sentyabr tarixində məlumat verir.

Adıçəkilən marşrut üzrə hər bir ərazinin aidiyyəti qurumları tərəfindən təmir-bərpa işləri aparılıb. Eləcə də zibil qutuları quraşdırılıb.

Mövzu mart ayından ShimalNews tərəfindən gündəmdə saxlanılır. Həmin zaman sakinlər pis hava şəraitində çətinliklə qarşılaşdıqlarını bildirmişdilər.

Dayanacaqların divarları, dam örtükləri qəzalı hala düşmüşdür, yaxın ərazidə natəmizlik müşahidə olunurdu.

Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News