Xaçmaz rayonunda İcra Hakimiyyəti tərəfindən vətəndaşların səyyar qəbulu keçirilib. Bu barədə ShimalNews 8 sentyabr tarixində İH-yə istinadən məlumat verir.

İcra başçısı Elnur Rzayev Dədəli İnzibati Ərazi Dairəsinə daxil olan Bostançı, Nağıoba, Hacıəbdürəhimoba, Sibiroba, Kiçik Baraxum və Palıdlı kəndlərinin sakinləri ilə görüşüb.

Tədbirdə yerli hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri də iştirak ediblər.

Sakinlər elektrik təsərrüfatının yenilənməsi, yaşayış məntəqələrinin qazlaşdırılması, kəndlərarası yolun təmiri, içməli və suvarma suyu ilə təchizat, eləcə də rabitə və internetlə bağlı məsələləri gündəmə gətiriblər.

Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini dinləyərək, məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bəzi müraciətlər yerindəcə həll edilib.

Sonda Vətən müharibəsi iştirakçılarına təltif olunduqları medallar təqdim olunub.