Xaçmaz rayonunda İcra Hakimiyyəti tərəfindən vətəndaşların fərdi qəbulu keçirilib. Bu barədə ShimalNews 8 sentyabr İH-yə istinadən məlumat verir.

Vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, içməli və suvarma suyu ilə təchizat, elektrik təsərrüfatının yenilənməsi, rabitə, internet və digər sosial müdafiə məsələləri ilə bağlı olub.

İcra başçısı Elnur Rzayev müraciətləri dinləyib. Onların bir qismi yerindəcə öz həllini tapıb. Digər müraciətlər isə araşdırılması üçün müvafiq qurumlara yönləndirilib.

Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak ediblər.