Qusarda sahibkarların iştirakı ilə sentyabr ayı üzrə planlaşdırılan səyyar görüşlər keçiriləcək. Bu barədə ShimalNews 8 sentyabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə istinadən məlumat verir.

Tədbir Qusar şəhəri Gənclər Evində baş tutacaq. Burada özünüməşğulluq proqramı üzrə aktivlər ilə təmin olunmuş sahibkarların çətinliklərinin öyrənilməsi ilə bağlı keçiriləcək.

Burada Qusar Rayon İcra Hakimiyyəti, Dövlət Məşğulluq Agentliyi, Qusar Dövlət Aqrar İnkişaf Mərkəzi, Dövlət Vergi Xidməti, Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Dövlət Turizm Agentliyi, Müvəkkil kredit təşkilatları, Müvafiq sahibkarlıq subyektləri iştirak edəcəklər.

Əlaqə üçün 050 278 65 17 mobil nömrəsindən və [email protected] elektron poçt ünvanından istifadə etmək olar.