Qubada saat 16:00 radələrində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 8 sentyabr tarixində məlumat verir.

Hadisə Əliqulu Nərimanov və General Əsədov küçələrinin kəsişməsində qeydə alınıb. “KİA” və “VAZ-21010” markalı avtomobillər toqquşub. Əraziyə yol polisi cəlb olunub.

Xəsarət alan olmayıb.

Əldə olunan məlumata görə, “KİA” markalı avtomobildə texniki nasazlıq baş verib. Nəticədə sürücü idarəetməni itirib və “010”-na çarpılıb.