AQTA Quba rayonunda heyvan kəsimi məntəqələrində yoxlamalar keçirib. Bu barədə ShimalNews 8 sentyabr tarixində agentliyə istinadən məlumat verir.

Aparılan monitorinq nəticəsində Dəvədabanı yaşayış massivi ərazisində fəaliyyət göstərən ət satışı məntəqələrində nöqsanlar aşkar olunub. Nəticədə Mövsüm Mustafayev və Təhmasib Rəhimova məxsus olan məntəqədə qanunsuz metal konstruksiyalar sökülüb. Sahibkarlar barəsində inzibati protokollar tərtib edilib.