Qubalı məktəbli Rumıniyada keçirilən bilik yarışında uğurla iştirak edib. Bu barədə ShimalNews 5 sentyabr tarixində Azərtac-a istinadən məlumat verir.
Quba rayon Fizika, Riyaziyyat və İnformatika təmayüllü respublika liseyinin 10-cu sinif şagirdi Fərid Tarıverdiyev JBOİ 2022-də (Rumıniyada Yeniyetmələrin Balkan İnformatika Olimpiadası) ilk dəfə çıxış edən məktəblilərimiz sırasında olub. O, yüksək nəticə əldə edərək həvəsləndirici mükafata layiq görülüb.