Qusarda hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə mülki müdafiə məşqi keçirilib. Bu barədə ShimalNews 5 sentyabr tarixində FHN-ə istinadən məlumat verir.

Tədbir “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda keçirilib. Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsidir.

Məşqdə FHN-in aidiyyəti struktur bölmələri, Qusar Rayon İcra Hakimiyyətinin Mülki Müdafiə Qərargahı və Fövqəladə Hallar Komissiyası, ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti iştirak ediblər.