Qusar rayon mərkəzindən 6 km məsafədə yerləşən Avaran kəndinin qazlaşdırılmadığına görə sakinlər əziyyət çəkirlər. Bu barədə ShimalNews 3 sentyabr tarixində məlumat verir.

Kəndin 1700 nəfərdən çox əhalisi var. Onlar müvafiq qurumlara dəfələrlə müraciət ediblər.

Sakinlər bildirir ki, “Azəriqaz” İB-nin nümayəndələri layihə çəkmək üçün dəfələrlə kəndə gəliblər. İllər ötsə də, heç bir dəyişiklik baş verməyib.