Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Elnur Quliyev vəzifəsindən azad edilib. Bu barədə ShimalNews 2 sentyabr tarixində Oxu.az-a istinadən xəbər verir.

Həmçinin yol polisinin bir əməkdaşı işdən çıxarılıb, beş nəfər isə daxili işlər orqanlarından xaric edilib.

Daha öncə sosial şəbəkədə Xaçmaz DYP-nin rəisi, polis mayoru Elnur Quliyevin otaqda əməkdaşları ilə pul müzakirə etdiyi əks olunan görüntülər yayılmışdır.