Qusarlı taekvondoçu Fəridə Əzizovanın adı 2022-ci ilin sentyabr ayı üçün Olimpiya idman növləri üzrə reytinq cədvəlində yer alıb. Bu barədə ShimalNews 1 sentyabr tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir.

Cədvəl Gənclər və İdman Nazirliyi tərəfindən tərtib olunub. Fəridə 60 xal toplayıb.

Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Daha öncə Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında taekvondo üzrə qusarlı idmançımız Fəridə Əzizova qızıl medal qazanmışdır.