Qusar rayonunda quru qanqalların təmizlənməsinə ehtiyac var. Bu haqda ShimalNews-a 31 avqust tarixində məlumat daxil olub.
Hil kəndinin sakinlərinin sözlərinə görə, onlar aidiyyəti qurumlara bu məsələ ilə bağlı müraciət ediblər. Lakin heç bir tədbir görülməyib.
Bir neçə gün öncə həmin ərazidə yanğın baş verib. Yanğın vətəndaşların səyləri nəticəsində söndürülüb.
Kənd sakinləri quru qanqalların yenidən alışmasından və bunun daha böyük fəsadlara gətirib çıxaracağından narahatdırlar. Hadisə təkrarlanarsa, 7000 nəfərin yaşadığı kəndin enerji təchizatı və kommunikasiya xətlərinə ciddi zərər dəyə bilər.