Qubalı gənc rəssam beynəlxalq rəsm müsabiqəsində iştirak edib. Bu haqda ShimalNews 31 avqust tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.

Ruslan Sultanov “Дружат дети на планете” adlı VIII Açıq uşaq rəsm müsabiqəsinə qatılıb. Belarus Respublikasının paytaxtı Minsk şəhərində təşkil edilmiş yarışmada rəssama diplom təqdim edilib. Ruslan Quba şəhər Uşaq İncəsənət məktəbinin rəssamlıq şöbəsinin III sinif şagirdidir.

Foto Xaçmaz Regional Mədəniyyət İdarəsi
Foto Xaçmaz Regional Mədəniyyət İdarəsi