Qusarlı idmançılar qol güləşi üzrə “Qəbələ kuboku” açıq turnirində iştirak ediblər. Bu barədə ShimalNews 29 avqust tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

Yarışda Qusar komandası ilə yanaşı, Bakı, Sumqayıt, Abşeron, İsmayıllı, Şamaxı, Oğuz, Qusar, Samux, Ağdam və Qəbələni təmsil edən komandalar iştirak ediblər. Ümumilikdə turnirə 72 idmançı qatılıb.

“Fred” İdman Klubu 1-ci, Abşeron – 2-ci, Qəbələ – 3-cü pillədə qərarlaşıb. Qaliblərə kubok, medallar və xatirə hədiyyələri təqdim olunub.