Qubalı idmançılar “Dəmir Yumruq” turnirinin medallarına sahib olublar. Bu barədə ShimalNews 29 avqust tarixində məlumat verir.

Braziliya Ciu-Citsu yarışı paytaxtın Sərhədçi İdman Olimpiya Kompleksində baş tutub. 70 kq çəki dərəcəsində çıxış edən Şahnur Mehdiyev və Natiq Babayev rəqiblərinə qalib gələrək finala yüksəliblər.

Şahnur və Natiq bir yerdə məşq etdikləri üçün qərara gəldilər ki, görüşün qalibini “daş, kağız, qayçı” oyunu müəyyən etsin. Mərc oyunu qazanan Şahnur turnirin qalibi, Natiq isə 2-cisi olub.