Baş prokuror Kamran Əliyevlə görüş Xaçmaz rayon prokurorluğunun inzibati binasında baş tutacaq. Bu barədə ShimalNews 29 avqust tarixində prokurorluğa istinadən məlumat verir.
Görüş sentyabrın 2-si saat 10:00-da baş tutacaq. Qəbulda iştirak etmək istəyən Xaçmaz, Quba və Qusar rayon sakinləri yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət edə bilərlər. Həmçinin (012) 361-14-07 nömrəsi, [email protected] elektron poçt ünvanı və prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook, Telegram, Twitter) vasitəsilə də qəbula yazılmaq mümkündür.