Şimal bölgəsində oduncaq satışı üzrə keçiriləcək yeni hərracın tarixi açıqlanıb. Bu barədə ShimalNews 27 avqust tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat verir.
Hərracda iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
- Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
- Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti, oduncaq (İşlik) alındığı halda VÖEN-in surəti;
- Hərraclarda iştirak edə bilməyən şəxsin əvəzinə başqası qatılarsa, bunu təsdiq edən sənəd (etibarnamə);
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.
Qeyd edilən sənədlər hərraca ən azı 3 iş günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına verilməlidir.
Hərrac 26 sentyabr saat 10:00-da baş tutacaq. Hərracdan əvvəl 055-665-33-46 (Elvin Baxışov) nömrəsi ilə əlaqə saxlayaraq oduncağa yerində baxış keçirmək mümkündür.
Behin köçürülməsi üçün hesab:
VÖEN: | 1300599171 | |||
H/H: | AZ78CTRE00000000000005198402 | |||
Bank: | Dövlət Xəzinədarlıq Agentliyi | |||
Bankın VÖEN-i | 1401555071 | |||
Kod: | 210005 | |||
M/H | AZ41NABZ013601000000003944 | |||
S.W.F.I.T. | CTREAZ22 | |||
Büdcə səviyyəsinin kodu | 1 | |||
Büdcə təsnifat kodu | 142330 |