Şabranda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 27 avqust tarixində Report-a istinadən məlumat verir.

Qəza rayonun Ağalıq kəndində qeydə alınıb. 11 yaşlı Hacıbala Ağayevi “Toyota Prius” markalı avtomobil vurub. Yeniyetmə aldığı xəsarətlərdən dünyasını dəyişib.

Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə yerləşdirilib.